Full article

⚜️Uşaqlarda qrip⚜️
Qrip-ən geniş yayılmış respirator virus infeksiyasıdır. Yoluxma xəstə insanla kontakt zamanı asqırma, öskürmə, əllə kontakt yolu ilə kecir. Qrip hər il fəsli olaraq epidemiyalar yaradır. Xəstələnənlərin çox hissəsini uşaqlar və yeniyetmələr təşkil edir.
İnkubasiya dövrü 2-4 gündür.
🔶Əlamətləri:
🔸Qızdırma-38 dərəcədən 40 dərəcəyə qədər yuksəlir, ani olaraq qalxır
🔸Baş ağrısı, titrəmə, halsızlıq, zəiflik, bədəndə sınma hissi, oynaqlarda ağrılar
🔸İştahanın olmaması
🔸Burun axma, boğaz ağrısı
🔸Öskürək
⭕Uşaqlarda immun sistem zəif olduğu üçün qrip onlarda müəyyən agirlasmalarla keçir.
Ağırlaşmaları:
🔺Sinusit(burun ətrafı ciblərin iltihabı)
🔺Otit(orta qulaq iltihabı)
🔺Pnevmoniya(sətəlcəm)
🔺Bronxit
🔺Ensefalit
🔺Traxeit
💊 Qripin müalicəsi simptomatikdir. Burun tənəffüsü bərpa etmək üçün burun damcıları, qızdırma varsa hərarət salıcılar, öskürək varsa ona uyğun dərmanlar, pnevmoniya, otit kimi ağırlaşmalarda antibiotiklər təyin olunur. Həmçinin bol maye qəbulu tövsiyyə olunur
‼️Qripdən qorunmağın ən etibarlı, təhlükəsiz yolu qrip peyvəndidir‼️
⚕️Amerika Pediatrlar Akademiyası və Ümumdünya Səhiyyə təşkilatı 6 ay və daha böyük yaşdakı bütün insanlara illik qrip peyvəndinin istifadəsini tövsiyyə edir.
Hər il dəyişilən qrip virusunun ştammına uyğun olaraq peyvəndin tərkibi də yenilənir❗

Author

Consilium Az

Consilium - Медицинский Портал

Comments