UŞAĞIN YÜKSƏK HƏRARƏTİ OLDUQDA DƏRİNİ SPİRT VƏ YA SİRKƏ İLƏ SÜRTMƏK OLARMI?

0

Full article

Dəriyə spirt və ya sirkə (böyük sahə) sürtüldükdə onlar dəri məsamələri vasitəsilə sorulur, qana keçir və qanda turşu-qələvi balansını pozur. Bu isə orqanizm üçün təhlükəlidir.

Ən gözəl üsul - əl-ayağın ilıq (37-38C) su ilə silinməsidir. İlıq suyun təsirindən damarlar genişlənir və ətraf mühitlə termomübadilə artır. Digər tərəfdən ilıq su soyuq suya nisbətən daha tez və asan buxarlanır . Bu isə (fiziki qaydalara əsasən səthdən buxarlana səthi soyudur)  dəri və dəridəki qan damarlarında axan qanın daha da tez soyumasına şərait yaradır.

Əksinə, əgər soyuq su ilə silsəniz, dəridə damarlar daralacaq, ətraf mühitlə temperatur mübadiləsi aşağı düşəcək və nəticədə, temperatur daxildə yüksələcək.

Author

Comments