Tezyiq xesteliyinin sebebleri haqqinda

0

Full article

İkincili hipertenziyalar (yüksək arterial təzyiq) ümumilkdə təzyiq xəstəliyininin 5-10% ni təşkil edir.Yəni ,bu zaman təzyiq xəstəliyi başqa bir xəstəliyin nəticəsi,başqa orqan və sistemlərdəki xəstəlik nəticəsində yaranmışdır.
- İkincili hipertenziyaların vaxtında tanınması niyə önəmlidir və kimlərdə rast gəlinə bilər?
-İkincili hipertenziyaların diaqnozu vaxtında qoyularsa əsas xəstəliyin müalicəsi ilə cavan şəxslərdə təzyiq xəstəliyi də birdəfəlik müalicə oluna bilər.Çün ki ,erkən mərhələdə mikrovaskulyar səviyyədə geridönməz dəyişikliklər baş vermir.Yaşlı insanlarda isə 50 % hallarda əsas xəstəlik müalicə olunsa da hipertoniya geriyə dönmür,qalıcı olur.Çün ki,artıq xırda damarlar səviyyəsində geridönməz dəyişikliklər baş vermişdir.Əgər sizdə aşağıdakı əlamətlərdən biri varsa ikincili hipertenziyanın olma ehtimalı böyükdür:
▪Təzyiq xəstəliyinin 40 yaşdan öncə başlaması
▪Yuxu apnoesi
▪Təzyiq dərmanlarını müntəzəm qaydada qəbul etmənizə baxmayaraq ,yenədə yüksək təzyiq seyr etməsi
▪Anidən təzyiq yüksəlmələrinin olması

Author

Comments