Qanda qurdlarin təyini

0

Full article

🦠Qanda qurdların və ibtidailərin (əsasən askarida və lyamblia) təyini çox dəbdə olan bir müayinə növüdur. Əslində isə heç bir diaqnostik əhəmiyyətə malik deyil❗
Bu müayinə metodu(İFA metodu) ilə orqanizmdə parazitlərin özü yox, onlara qarşı antitellər yoxlanılır.
👉Əfsuslar olsun ki, İFA metodu ilə qanda parazitlərin(askarida və lyamblia) diaqnostikasının bir sıra çatışmazlıqları var:
🔺Qanda parazitə qarşı İg G aşkarlanması orqanizmdə hal-hazırda parazitin varlığını göstərmir, nə vaxtsa yoluxmanın göstəricisidir. İg G qanda uzun müddət pozitiv olaraq qalır. Ona görə də, aparılan parazit əleyhinə çoxsaylı kurs müalicələrinə baxmayaraq, qanda İg G nin titri azalmır. Nəticədə, uşaq lüzumsuz yerə dərmanları qəbul etmiş olur.
🔺Bu metod zəif həssaslığa və spesifikliyə malikdir. Yalançı pozitiv, yalançı neqativ nəticələr vermək ehtimalı çoxdur.
🔺Bahalı metoddur.
.
👉Parazitlərin diaqnostikasında hansı metodların istifadəsi doğrudur❓
☑️Bağırsaqda yaşayan parazitlərin diaqnostikası üçün nəcisin 10 gün ərzində 3 dəfə🔬mikroskopik müayinə metodu istifadə olunmalıdır.
☑️Qan testi (İFA) yalnız toksoplazmoz, toksokaroz, trixinelyoz, fasiolyoz, opistoxroz, exinokokkozun diaqnostikası üçün istifadə olunmalıdır. Bütün digər parazitlərin qan testi ilə aşkarlanması etibarlı diaqnostik metod deyil‼️

Author

Consilium Az

Consilium - Медицинский Портал

Comments