Qan Təzyiqinin düzgün ölçülməsi.

0

Full article

Qan təzyiqi ölçərkən səhvə yol verməmək üçün aşağıdakı bəsit görünən,amma önəmli olan qaydalara əməl edin
▪Təzyiqinizi tam sakitlik vəziyyətində,ən azı 5 dəq sakit və hərəkətsiz qaldıqdan sonra ölçün.Əks halda bu sizin təzyiqinizin yüksək ölçülməsinə səbəb ola bilər.
▪Sidik kisəsi dolu olarkən arterial təzyiq göstəriciləri əslində olduğundan yüksək qeyd edilə bilər.
▪Təzyiqinizi söykənəcəyi olan stulda oturmuş,arxaya söykənmiş vəziyyətdə ,qolunuz ürəklə təxmini eyni səviyyədə olarkən ölçməniz tövsiyyə olunur.
▪Bir ayağını o biri ayağın üzərinə aşıraraq oturmuş vəziyyətdə təzyiqi ölçməyin.Bu aşağı ətraflarda vena damarlarının sıxılmasına və ürəyə qayıdan qan həcminin artmasına səbəb olar.Bu da qan təzyiqinin əslində oduğundan yüksək oxunmasına gətirib çıxara bilər .
▪Təzyiqinizi ölçərkən manjetin ölçüsünün qolunuza həcminə nisbətən çox kiçik qalması qan təzyiqinin yüksək ölçülməsinə gətirib çıxara bilər.Təzyiqinizi uyğun ölçülü cihazla ölçün
▪Təzyiq ölçərkən manjeti mümkün qədər palatarın üzərindən deyil,çılpaq qola sarıyın.Əks halda təzyiqiniz olduğundan yüksək oxuna bilər.

Author

Comments