Препараты железа – что выбрать внутримышечные, внутривенные уколы или суспензии и таблетки внутрь? / Dəmir preparatları – hansını seçək, venadaxili, əzələdaxili iynələri, yoxsa tabletkaları və ya suspenziyaları?

0

Full article

Последнее время как то участились случаи применения препаратов железа в виде внутримышечных уколов с первого визита, без необходимости. Не следует делать это, так как это может привести к серьезным осложнениям!!!

Руководство по ведению пациентов с железодефицитной анемией гласит:  «из-за большого риска возникновений побочных явлений (анафилакция, тяжелые аллергические реакции), инъекционные формы железа должны назначаться только в том случае, когда адекватные дозы пероральных форм препаратов железа не дают эффекта, или когда выявляется тяжелая анемия, или когда пероральные формы тяжело переносятся больными, или когда абсорбция железа из кишечника снижена. Кроме того, не рекомендуется делать внутримышечные инъекции препаратами железа дома, в медицинских учреждениях, не имеющих отделений экстренной медицинской помощи.

Если есть показания для парентерального введения препарата железа, врач  должен рассчитывать дозу индивидуально в соответствии с общим дефицитом Fe в организме по соответствующей формуле. Как правило, большие дозы ассоциируются с более высокой частотой нежелательных явлений.

Пероральное применение препаратов железа является более предпочтительным, чем парентеральные введения. Это более безопасно, рентабельно, и удобно.

Примечание: железо – это единственный элемент, который не выводится из организма естественным образом и поэтому, большие дозы накапливаются в различных органах и тканях, в отличие от других элементов. Поэтому бесконтрольное применение препаратов содержащих железа не рекомендуется.

________________________________________

Son zamanlar lazımi-lazımsız, elə birinci həkim vizitindən sonra iynə formasında (əzələdaxili) dəmir preparatlarının istifadəsi artıb. Bu yolverilməzdir, çünki bu taktika ciddi ağırlaşmalara gətirib çıxara bilər!

Dəmirdefisitli anemiyası olan xəstələrin həkim müşayiəti üzrə əsasnamə (direktiv) ərz edir ki: “əlavə təsirlərin (anafilaksiya, allergiya) əmələ gəlmə riskinin böyük olması ilə əlaqədar, iynə formasında olan dəmir preparatları yalnız bu hallarda istifadə edilməsi məsləhətdir: əgər peroral (içmək üçün) dəmir preparatlarının adekvat dozaları nəticə vermirsə, və ya ağır anemiya varsa, və ya içmək üçün olan formaları xəstələr pis keçirirlərsə, və ya dəmirin absorbsiyası və bağırsaqdan qana keçməsi azalıbsa. Bundan başqa, iynə formasında olan dəmir preparatlarını ev şəraitində, təcili yardım – reanimasiya şöbələri olmayan tibb müəssisələrində istifadə etmək məsləhət görülmür.

Əgər inyeksiya şəklində istifadəyə göstəriş varsa, həkim dəmir defisitinin miqdarını individual olaraq xüsusi düsturla hesablaması lazımdır ki, nə qədər və hansı dozada bu preparatı vurmalıdır. Bir qayda olaraq, böyük dozalar daha çox əlavə təsirlərin əmələ gəlməsinə gətirib çıxarırlar.

Peroral (daxilə içmək) istifadə edilən dəmir preparatları daha çox məqsədə uyğundur. Bu həm daha qorxusuzdur, rentabellidir və rahatdır.

Qeyd: Dəmir – yeganə elementdir ki, başqa elementlərdən fərqli olaraq, orqanizmə daxil olandan sonra təbii yollarla ordan çıxmır və böyük dozalar müxtəlif orqan və sistemlərdə toplanıb qalır. Məhz buna görə də, nəzarətsiz dəmir preparatlarının qəbulu məqsədəuyğun hesab edilmir.

Author

Comments