POS - Polikistik over sindromu

0

Full article

POS - Polikistik over sindromu! ⚠️ Gənc və orta yaş qadınlarda geniş yayılmış poliendokrin xəstəliklərdən biridir! Bildiyimiz kimi, yumurtalıqların əsas funksiyası follikul yetişdirməkdi və normada qadınlarda hər ay 1 dəfə yetişib partlamalı olan folikullar polikistoz zamanı axıra qədər yetişmir və yumurtalığın səthində «inci bağı « şəklində toplanır! Beləliklə, ovulyasiya baş vermədiyindən, menstrual sikl pozulur! 📌POS zamanı qadınların əsas şikayətləri: Aybaşı pozğunluğu, hamiləliyin baş verməməsi, kişi tipli tüklənmə, piylənmə, saç və dərinin yağlanması, hipertoniya! Xəstəliyin diaqnostikasında Ultrasəs müayinəsi çox önəmlidir. Belə ki, USM zamanı yumurtalıqların ölçüsü və həcminin böyüməsi, strukturunda sayının 10 dan çox olması, kiçik ölçülü ( 10 mm az) follikuların olması - POS diaqnozunun USM əlamətləri kimi qiymətləndirilir!

Author

Consilium Az

Consilium - Медицинский Портал

Comments