Full article

💉Peyvəndlər infeksion xəstəliklərlə mübarizədə sınanmış ən effektiv vasitədir.
Peyvəndlər tətbiq olunmağa başladığı müddətdən bu günə qədər bir sıra təhlükəli, ölümlə nəticələnən, əlilliyə səbəb olan infeksion xəstəliklərin kökü tamamilə kəsilmiş və ya çox az görülməkdədir. Məsələn, təbii çiçək xəstəliyi tətbiq olunan peyvəndlər sayəsində 1977-ci ildən bütün dünyada qaldırılmışdır. Poliomielit, difteriya, meningit, tetanusla çox nadir hallarda rastlaşırıq.

Hansı xəstəliklərə qarşı peyvəndlər mövcuddur❓
♻️Vərəm
♻️Difteriya
♻️Göyöskürək
♻️Tetanus
♻️Poliomielit
♻️Hepatit B
♻️Qızılca, parotit, məxmərək
♻️Pnevmokok
♻️Meninqokok
♻️Hemofilus influenze
♻️Su çicəyi və s.

Nə üçün peyvəndlərin uşaqlıq dövründə olunması vacibdir❓
Çünki immun sistemi tam formalaşmamış uşaq orqanizmi bu infeksion xəstəliklərlə mübarizədə acizdir və bir sıra hallarda bu xəstəliklər ağır formada keçir, ya da ölümlə nəticələnir.
Odur ki, uşaqlara peyvəndlərin olunması mütləqdir, vacibdir❗

Peyvəndin əks göstərişləri hansılardır❓
♻️Proqressivləşən nevroloji xəstəliklər(məsələn müalicəyə tabe olmayan epilepsiya)
♻️Primer immun yetməməzlik
♻️Qazanılmış immunyetməməzlik
♻️Peyvəndin tərkibindəki hər hansısa bir komponentə qarşı anafilaktik reaksiya
♻️Hamiləlik zamanı canlı vaksinlər
♻️Bəzi infeksion xəstəliklərin kəskin dövrü(yüngül keçən respirator virus infeksiyaları, yüngül diareyalar bura aid deyil)
Göründüyü kimi peyvəndə qarşı əks göstərişlər çox deyil.

⚕️Yoluxucu xəstəliklərin ağır fəsadları ilə qarşılaşmaq istəmirsinizsə, uşaqlarınıza zamanında peyvəndləri vurdurun.

Author

Consilium Az

Consilium - Медицинский Портал

Comments