Nebulayzer(inhalyasiya)

0

Full article

Nebulayzer(inhalyasiya) müalicəsi uşaqlarda tənəffüs yolunun kəskin və xroniki xəstəliklərində çox geniş istifadə olunur.
İnhalyasiya müalicəsi - nebulayzer adı verilən cihazlarla maye formada olan dərmanların, aerozol halına salınaraq bir başa tənəffüs yoluna və ağciyərlərə göndərilməsi məqsədi ilə tətbiq olunan bir metoddur.
☑️Nebulayzer(inhalyasiya) müalicəsinin üstünlükləri:
✅Dərmanın bir başa tənəffüs yoluna və ağciyərə yeridilməsi
✅Təsirinin dərhal başlanması
✅Yan təsirinin az olması
✅İstifadəsi rahat bir müalicə metodudur
✅Ağrısız müalicə üsuludur

🔷Hansı xəstəliklərdə nebulayzer ilə müalicə metodu istifadə olunur❓
🔹Bronxiolit
🔹Astma
🔹İnaq
🔹Qatı bəlğəmli öskürəklə müşayiət olunan bronxit və pnevmoniya
🔹Kistik Fibroz(mukovissidoz)
🔹Primer siliar diskineziya

Nebulayzer müalicəsinin effektli olması üçün diqqət olunmalı məqamlar❗
🔹Nebulayzerin maska, dərman boşaldılan konteyneri hər istifadədən sonra sabunlu su ilə yuyulmalıdır
🔹Nebulayzerə qoyulan məhlulların miqdarı 2.5-4 ml arası olmalıdır. Məhlulun miqdar az olarsa lazımı buxarlanma olmayacaqdır, çox olarsa müalicənin müddəti uzanacaqdır
🔹Nebulayzer üçün tövsiyyə olunan müddət 5-10 dəqiqədir
🔹Yeməkdən əvvəl olunması məsləhətdir
🔹Nebulayzer maskası uşağın yaşına uyğun olmalıdır
🔹Uşaq yatan halda tətbiq olunmamalıdır
🔹Dərmanlar bir-birinə qarışdırılmamalıdır
Bu qaydalara riayət olunmazsa müalicənin effektivliyi azala bilər.
👉Həmçinin nebulayzer mualicəsində istifadə olunacaq dərmanlar və onların dozası həkim tərəfindən təyin olunmalıdır ‼️

Author

Consilium Az

Consilium - Медицинский Портал

Comments