Mövsümi qripin qorxulu ağırlaşmaları

0

Full article

Mövsümi qripin ən qorxulu ağırlaşmalarından biri ürək -damar ağırlaşmasıdır.Bunlar özünü,əsasən aşağıdakı şəkildə göstərər:
▪Miokardit
▪Miokard infarktı
▪Ürək çatışmazlığı
Əgər qrip infeksiyasından bir neçə həftə sonra aşağıdakı əlamətlər qeyd edilərsə bir kardioloji baxışın olması mütləqdir:
~Qripdən sonra keçməyən,davam edən halsızlıq və zəiflik
~Qan təzyiqinin həmişə olduğundan daha aşağı seyr etməsi
~Ürək çarpıntısı
~Hava çatışmazlığı
Yuxarıda sadalananlar miokardit və ya ürək çatışmazlığının əlaməti ola bilər.EKQ,Exokardioqrafik müayinə və bəzi qan təhlilləri ilə diaqnozu dəqiqləşdirmək olur.
Qrip infeksiyasına qarşı oqanizmin yaratdığı immun cavab virusla yanaşı insan ürək damarlarındakı aterosklerotik düyünlərin qabığını da zədələyərək trombotik kütlənin xaric olmasına və ürək infarktına səbəb ola bilər.Bu səbəbdən
*Ürəyin xroniki işemik xəstəliyi olanlar
*Ürək çatışmazlığı olanlar
*Hamilə qadınlar
*Yaşı 60 dan yuxarı olanlar
*Diabet və digər xroniki xəstəlikləri olanların vaksinasiya olunması tövsiyyə olunur.

Author

Comments