Full article

🛑Miopiya (yaxından görmə) – gözün sındırma qüvvəsinin (refraksiya) anomaliyası olub, təsvirin torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya, skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün USM aparılır. Uşaqlarda miopik gözün ön-arxa oxu uzanır və miopiyanın dərəcəsi artır , belə halda torlu qişada müxtəlif fəsadlar yarana bilər. Miopiyanın artmasının qarşısını almaq məqsədiylə uşaqlarda miopiya mütləq müalicə olunmalıdır. Miopiyalı pasiyentlərə səpələyici linzalarla eynək və ya kontakt linzalar təyin olunur, uşaqlarda isə hər 3-4 aydan bir müxtəlif metodlarla və aparatlarla müalicə kursu keçirilir. 18 yaşdan sonra yaxından görmənin lazer cərrahiyyəsinin (LASIK, SUPER LASIK, LASEK, FRK ) köməyilə korreksiyası mümkündür və ya lensektomiya , fakik linzaların implantasiyası olunur.
❗İRİS göz klinikasında uşaqlarda miopiya müasir və yüksək səviyyədə müalicə olunur. Müalicə nəticəsində 80-85% pasiyentlərdə miopiyanın artmasının qarşısı tam alına bilinir və əksər hallarda artma sürəti azalır.

Author

Comments