KONYUKTIVIT

0

Full article

🛑Konyunktivit - gözün selikli qişasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı gözün selikli qişası qızarması, gözdən yaş axması, işıqdanqorxma, gözdən selikli-irinli ifrazatın axması, göz qapaqları kənarlarının şişməsi, kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeyd edilir.
🛑Konyunktivit keçici xəstəlik olub, ümumu məişət əşyaları, dəsmal, yataq dəsti və digər yollarla başqa insanlara da keçə bilər. Klinik olaraq 3 əsas tipi vardır : bakterial, virus və allergik.
🛑Konyunktivit zamanı oftalmoloqa müraciətiniz məsləhət görülür. Oftalmoloq konyunktivitin səbəbindən asılı olaraq müalicə təyin etməlidir. Düzgün və tam şəkildə müalicə olunmayan konyunktivit xroniki formaya keçə bilər.

Author

Comments