Kardioloq mesleheti

0

Full article

50 yaşın üzərində olan insanların 50 % -dən çoxu yüksək qan təzyiqindən əziyyət çəkir.Bəs bu riski azaltmaq üçün yaş artdıqca nələrə diqqət etməli?


1)Köksünüzsə arıqlayın.Bədən kütlə indeksi< 25 kq/m2 olmalıdır.Itirilən hər 1 kq təzyiqdə 1 mmHg aşağı düşməyə səbəb olacaq


2)Gündəlik duz (xörək duzu)istifadəsini azaldın.


3)Sağlam qidalanın.Arterial hipertenziyanı önləmək üçün DASH dietası nəzərdə tutulur (dietary approach to stop arterial hypertension). Bu dietaya ,ümumi şəkildə desək,meyvə və tərəvəzdən zəngin, yağdan kasad qidalanma daxildir.


4)Həftədə ən azı 3 dəfə orta aktivlikdə fiziki aktivlik tələb edən hərəkətlər (sürətli yeriş,velosiped sürmə) edin.


5)Siqareti tərgidin və alkoqolu məhdudlaşdırın.


6)Sizə stress yaradan durumlardan,mümkündürsə,yayınmağa çalışın

Author

Comments