Hipermetropiya

0

Full article

🛑Uzaqdangörmə (hipermetropiya) – gözün sındırma qüvvəsinin (refraksiya) anomaliyası olub, əşyaların təsvirinin torlu qişada deyil, onun arxasında fokuslanması ilə xarakterizə edilir.
🛑Zəif və orta dərəcəli hipermetropiya zamanı xəstə yaxınlıqda yerləşən obyektləri aydın şəkildə seçə bilmir, uzağı normal görür. Yüksək dərəcəli hipermetropiya olduqda xəstə həm yaxınlıqda həm də uzaqda yerləşən obyektləri aydın görmür.
🛑Uzaqdan görmə gözlərdə yanğı və yorğunluq hissi, baş ağrıları ilə müşayiət olunur.
🛑Vaxtında aşkar olunmayan və düzgün müalicə edilməyən hipermetropiya uşaqlarda çəpgözlüyə və ambliopiyaya ( təmbəl göz) səbəb ola bilər.
🛑Diaqnostika prosesində görmə itiliyi təyin olunur, refraktometriya, oftalmoskopiya, skiaskopiya aparılır .
❗Uşaqlarda hipermetropiyanın müalicəsi :
✅ Müalicə optik korreksiyadan başlanır, daim istifadə etmək üçün eynək təyin edilir
✅ Müxtəlif aparat üsulları ilə pleoptik müalicə kursları keçirilir ( videokompyuter, lazerstimuləsiya, elektostimulyasiya, maqnitostimulyasiya və s.)
✅Müalicəni 2-3 yaşdan başlamaq olar.
✅Bütün müalicə metodları təhlükəsiz, ağrisızdır , bəzi metodlar oyun şəklində keçirilir və uşaqlar tərəfindən rahat qəbul olunur.
❗Müalicənin nəticəsində uşaqlarda görmə itiliyinin yüksəlməsi və sonunda 85-90% xəstələrdə eynəkdən əməliyyatsız tam azad olmasıdır❗______
___

Author

Comments