Enerji içkilərinin ürəyə təsiri

0

Full article

'Dailymail' dərgisinin dünənki buraxılışında aşağıdakı maraqlı bir xəstə hekayəsi təqdim edilmişdir...
▪26 yaşlı kişi sinədə,qolda olan ağrılar,tərləmə,qusma şikayətləri ilə Texas Universitetinin təcili yardım xidmətinə baş vurmuşdur.Bunlar miokard infarktının klassik əlamətləri olsa da bu yaşda nadir rast gəlinən xəstəlikdir.Araşdırma zamanı məlum oldu ki,xəstə günə 8-10 bakal enerji içkisi qəbul edir.Digər bilinən bir xəstəliyi olmamışdır.Xəstə angioqrafiya olundu və tam tıxalı 1 damarına stent qoyuldu.Bu miqdar içkinin tərkibindəki kofein ürəyin tac damarlarını uzunmüddətli spazma uğratmış və həmin yerdə qan axını dayanıb tromb yaratmışdır.
Artıq miqdarda qəbul edilən enerji içkiləri daha çox hallarda ritm pozğunluqları(aritmiyalar),hətta qəfləti ürək ölümü yarada bilir.Daha çox həssas insanlar isə aritmiyası olan,infarkt keçirmiş,ürək çatışmazlığı kimi bilinən ürək xəstəliyi olan xəstələrdir.Yuxarıdakı nümunədə olduğu kimi artıq miqdarda enerji içkisi heç bir xəstəliyi olmayan insanlara da mənfi təsir edə bilər.Xüsusilə,enerji içkilərinin alkoqolla birgə qəbulu təhlükəlidir.

Author

Comments