Enerji içkilərinin insanın ürək-damar sisteminə təsiri.

0

Full article

Sual:Enerji içkiləri həqiqətən də ürəyi zədələyirmi?
Cavab:Bu vaxta qədər enerji içkilərinin insanın ürək-damar sisteminə təsirini araşdıran cəmi bir kontrollu çalışma var.34 nəfər könüllü üzərində(18-40 yaş arası) aparılan araşdırmada 2 fərqli istehsalçının məhsulu olan enerji içkisindən istifadə edilmişdir.Araşdırmanın nəticəsi olaraq ortaya çıxmışdır ki,2 bakal enerji içkisi (32 ounces) ürəkdə ritm və keçiricilik pozuntusu yaradır,qan təzyiqinin yüksəldir və damarları daraldır.Həm də onların bu təsiri içkini qəbul etdikdən sonra 4 saat müddətdində saxlanmışdır.Içkini qəbul etdikdən 4 saat sonra təcrübədə iştirak etmiş insanların EKQ (kardioqram) də QT intervalı 6-8 millisaniyə uzanmışdır.Əgər bu interval həddən artıq uzun və ya qısadırsa həyati təhlükəli aritmiyalara və qəfləti ölümə gətirib çıxara bilər.
Bu miqdarda enerji içkisinin tərkibində 300-320 mq kafein vardır.Lakin 400 mg dan az kafeinin ürəkdə hər hansı bir elektrokardioqrafik dəyişiklik yaratması gözlənilən deyil.Enerji içkilərinin bu toksik təsiri kafeinlə birlikdə onun tərkibində taurin,jenşen ,B qrupu vitaminləri,qlukuronolaktonun da olması ilə izah edilir.
Xüsusən də ürək şikayətləri olan insanların enerji içkisindən uzaq durmaları tövsiyə edilir.

Author

Comments