Biorevitalizasiya

0

Full article

Biorevitalizasiya – “təbii canlandırma” deməkdir – gialuron turşusu ilə dəri qatlarının təçiz edilməsi yolu ilə kosmetoloji qüsurların müalicəsi və profilaktikası üsuludur. Biorevitalizasiya üz, boyun, dekolte və əl (qol) üçün tətbiq oluna bilər.
Biorevitalizasiya hansı hallarda tətbiq olunur?
– Qırışlar;
– Susuzlaşmış və quru dəri;
– Ufo;
– Əməliyyat nəticəsində alınan zədələr və ya kimyəvi,lazer pillingdən sonra;
– Qeyri-Sağlam dəri rəngi, piqmentasiya, gözaltı tündlük;
– Problemli dəri, məsamələrin enlənməsi, yağlı dəri;
Biorevitalizasiyanın tətbiqi hansı hallarda münasib deyil?
– Dərinin individual olaraq gialuron turşusuna dözülmsüzlüyü;
– Onkoloji xəstəliklər;
– Hamiləlik və laktasiya;
– Kəskinləşmiş xroniki xəstəliklər, yüksək qızdırma;
– Autoimun xəstəliklər;
– Dəridə şiş formasında olan yenitörəmələr (o cümlədən xallar) və izlər.
Bu prosedür 25 yaşdan böyük xanımlar üçün tətbiq edilir.
1-2 seansdan sonra prosedür effekti üzə çıxır.
Nəticələr dəridə 3-6 ay, bəzən illərlə saxlanılr.

Author

Comments