Aspirin ürək damar xəstəliklərindən qoruyurmu?

0

Full article

Bir daha aspirinin ürək-damar xəsrəliklərindən qorunmada yeri barəsində...
Gündəlik praktikada yenə də çox sayda insanın lüzumsuz yerə ürək- damar xəstəliklərindən qorunmaq məqsədilə aspirin qəbul etdiyini görürük(özbaşına və ya həkim təyinatı ilə)
Bu il 'JAMA Neurology' dərgisində çap edilən bir araşdırmanın nəticəsi aspirinin ürək xəstəliklərindən qorunmada yeri barəsindəki narahatçılıqları bir az artırdı.Araşdırmanın nəticəsinə görə profilaktika məqsədilə gündəlik təyin edilən 75-100 mg aspirin önəmli ölçüdə beyin qanaması riskini artırır.
Keçən ay yayılan Avropa Kardiologiya cəmiyyətinin yenilənmiş tövsiyyələrində aspirinin birincili qorunma məqsədilə diabeti olan və çox yüksək risk qrupuna daxil olan xəstələr üçün qəbulu məsləhət görülür.Diabeti olan və orta risk qrupuna daxil olan xəstələr üçün aspirin qəbulu tövsiyyə edilmir.Yekun olaraq aşağıdakıları da əlavə etsək:
▪Sadəcə yaşlı olduğuna görə aspirin qəbul etmək olmaz.70 yaşdan yuxarı insanlara bilinən ürək xəstəliyi yoxdursa aspirin qəbulu tövsiyyə edilmir.Bu cür insanlarda təhlükəli qanama riski daha böyükdür
▪40 yaşdan aşağı bilinən ürək xəstəliyi yoxdursa aspirin qəbulu tövsiyyə edilmir.
▪40 -70 yaş arası bilinən ürək xəstəliyi olmayan insanlar qanama riski düşük,ürək damar riski çox yüksəkdirsə(aşağı və orta risklər yox) ürək xəstəliyindən qorunmaq məqsədilə aspirin qəbul edə bilər.Belə xəstələrin ürək damar riski hesablanıldıqdan sonra aspirin qəbulu barəsində düşünmək olar.

Author

Comments