Aritmiyalar necə müalicə edilir?

0

Full article

Aritmiyalar necə müalicə edilir?

Aritmiyaların müalicəsi onun növündən və aritmiyanın əsasında dayanan xəstəliklərdən asılı olaraq aşağıdakı formalarda ola bilər
▪Xüsusi müalicə aparılmır,sadəcə ,təqib edilir( əsasən struktural ürək xəstəliyi olmayan,həyati təhlükə daşımayan və seyrək sıxlıqda olanlar.
▪Vaqal manevralar(gücənmə,öskürmə,yuxu arteriyasının masajı və s.).Bunlar tutmaşəklində olan ürəkdöyüntüləri zamanı ilk yardım olaraq istifadə edilir.
▪Dərmanlar-xəstəni çox narahat edən,proqnozuna mənfi təsir göstərən,ürək xəstəlikləri nəticəsində yaranan aritmiyaların müalicəsində istifadə edilir.
▪Kateter ablasiyası-invaziv yolla damardan girilərək xüsusi dalğalar vasitəsilə aritmiya ocaqlarının yandırılması
▪Cihaz müalicəsi ( Pacemaker,ICD) -qəfləti ölüm riski yüksək olan xəstələrdə istifadə edilir.

Author

Comments