🛑Ambliopiya nədir?

0

Full article

🛑Ambliopiya nədir?
🛑Ambliopiya gözün çox ciddi funksional dəyişikliyi olub, bir gözün digər gözə nisbətən dəyişməsidir. Bu çox ciddi bir patologiyadır, yəni bu zaman binokulyar görmə alınmır.
🛑Binokulyar görmə əşyanın təsvirinin eyni zamanda iki gözlə dəqiq görməsi deməkdir.
Fəzada cismlər 3D formasında görülür, biz ona baxanda onun dərinliyini, ətrafındakı əşyaları görə bilirik. Ambliopiya zamanı bu cür görmə hissiyatı itir. İnsan gözləri ayrı-ayrılıqda görür və alınan təsvir obyekt olaraq beyində birləşir.
Lakin gözlərin biri o birindən zəif görəndə dəqiq təsvir alınmır və beyin zəif gözü daha da zəiflədir. Həmin göz zəiflədiyindən çox zaman çəplik meydana gəlir. Çəplik meydana gəldikdə isə ambliopiya daha da dərinləşir, çəplik artır və nəticədə geri dönməyən ciddi bir durum yaranır.
🛑Ambliopiyanın əmələ gəlmə səbəbləri
Ambliopiya təkcə gözün inkişaf zəifliyindən deyil, o cümlədən, dərəcəsindən asılı olaraq, anadangəlmə katarakta və ya ptozdan da yarana bilər.

Author

Comments