Açıq oval dəliyi olan xesteler nelere diqqet etmelidir.

0

Full article

▪Açıq oval dəlik (PFO) ürəyin qulaqcıqları arasında doğuşdan var olan üzəri qapaqla örtülü yarıq formasında bir anomaliyadır və hər 4 insandan 1 də təsadüf edilir.
▪Açıq oval dəlik adətən heç bir şikayət vermir çox vaxt təsadüfi müayinə ilə aşkar olunur.
▪Son vaxtlar PFO su olan xəstələrdə auralı miqren tutmalarının artdığı göstərilmişdir.PFO cərrahi yolla bağlanıldıqdan sonra miqren tutmalarında azalma görülmüşdür.
▪55 yaşdan daha gənc insanlarda səbəbi müəyyən edilə bilməyən insultların böyük bir qismi açıq oval dəliyə bağlıdır.Açıq oval dəlik özünü ilk dəfə səbəbi bilinməyən insult şəklində göstərə bilər.
▪Belə anomaliyası olan insanlar uzunmüddətli oturaq ,hərəkətsiz həyat tərzindən qaçmalıdırlar.Aşağı ətrafların varikoz xəstəliyi varsa vaxtında müalicə edilməli və varikozun profilaktikası aparılmalıdır.

Author

Comments